Türkiyəli müğənni Zerrin Özerin dünən toyu olub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 61 yaşlı sənətçi 34 yaşlı Murat Akınca adlı şəxslə ailə qurub. Toy Özerin villasının bağçasında baş tutub. Toy mərasimində 100-ə yaxın adam iştirak edib.