05 Dekabr 2019
Məşhur aktyor küçədə döyüldü - VİDEO
Məşhur aktyor küçədə döyüldü -VİDEO MƏDƏNİYYƏT-ŞOU 20:52 2019-06-22

Türk aktyoru Halit Ergenç iki nəfərin hucumuna uğraması ilə bağlı məhkəməyə müraciət edib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor avtomobili ilə hərəkət edərkən qarşıdan gələn yük maşının digər avtomobilləri sıxışdırdığını görüb.

"Ona xəbərdarlıq etmək üçün əyləcə basdım. Yük maşını isə qabağıma keçərək dayandı. İçərisindən düşən iki nəfər məni qəza törətməkdə günahlandırdı. Mən isə onlara maşını düzgün idarə etmədiklərini söylədim. Onlar mənə söyüş söydü. Sürücünün yanındakı adam isə üzümə şillə vurdu. Bu iki nəfərdən şikayətçiyəm" deyə o bildirib.

Aktyorun şikayəti ilə bağlı istintaq başladılıb. Təqsirləndirilən şəxs isə ittihamları rədd edərək "Arada kiçik mübahisə yaşanıb. Vurmamışam, sadəcə əlim toxunub", deyib.