Türk müğənnisi Mustafa Sandal sevgilisi, model Melis Sütşurupla ayrılıb.

Unikal.org xəbər verir ki, 8 aylıq sevginin bitməsinə səbəb Mustafanın telefona gələn mesajlar olub.

Melis yaxın dostlarına "Amerikada olanda onun telefonunda elə bir mesaj gördüm ki, həmin an Mustafa mənim üçün bitdi" deyib.

Qeyd edək ki, ötən il xanımı Emine Yahoviçlə boşandıqdan sonra ifaçının adı bir neçə modellə hallanırdı.