Dünya şöhrətli ifaçı Selin Dion paparazzilərin obyektivinə tuş gəlib.

Unikal.org xəbər verir ki, Parisdə görüntülənən müğənninin bir dəri, bir sümük qalması diqqətdən yayınmayıb.

51 yaşlı sənətçiyə sosial mediada “Çox arıqlayıb”, “Elə bil ki, 70 yaşındadır”, “Bir sendviçə ehtiyacı var” kimi rəylər yazılıb.

Qeyd edək ki, arıqlamağına görə tənqid hədəfi olan Selin “Sevmirsinizsə, məni tək buraxın. Fotolarımı çəkməyin” deyə, bildirmişdi.