Gəncədə bədbəxt hadisə baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən ticarət mərkəzlərinin birində qeydə alınıb.

Belə ki, şəhər sakini, 2010-cu il təvəllüdlü Əli Rüstəmzadə ticarət mərkəzində hündürlükdən yıxılıb. Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.