QHT-lər korrupsiyaya qarşı fəallaşır
QHT-lər korrupsiyaya qarşı fəallaşır

Əhməd Abasbəyli: "Son illər vətəndaş cəmiyyəti institutları korrupsiyaya qarşı mübarizə sahəsində hökümətin əsas tərəfdaşına çevrilib"

Qeyri-hökumət təşkilatları artıq ölkədə real qüvvəyə çevrilməkdədir. Və maraqlıdır ki, bu qurumların fəaliyyəti gənclərlə daha çox ilgilənir. "Cəmiyyətin və vətəndaş münasibətlərinin inkişafi" İB rəhbəri Əhməd Abasbəyli "Unikal"a bildirib ki, "İstənilən halda biz bir vətəndaş kimi, bir QHT kimi ölkənin imicinə xələl gətirəcək hər bir hərəkətin qarşısını almağa, ona qarşı mübarizə üçün birləşməyə hazır olmalı birgə fəaliyyət göstərməliyik.

Digər tərəfdən yetişməkdə olan gənc nəsil bu münasibətlərin, bu təpkilərin təsiri altında yetişməsi müsbət hal deyil. Hər bir gənc azərbaycanlı gündəlik həyatında hər hansı bir haqsızlıqla rastlaşırsa, özündən böyük nəslin bu haqsızlığa qarşı laqeydliyini hiss edirsə, qarşılaşdığı haqsızlıqlar, qanun pozuntuları getdikcə mütəşşəkkil hal almağa başlayırsa, həyat tərzinə çevrilməyə başlayırsa, onun mükkəmməl bir insan kimi, ləyaqətli bir vətəndaş kimi yetişməsi şübhə doğurur. Yox əksinə haqsızlıqlara rastlaşdıqca ona qarşı təpkini, rüşvətxorluğun, korrupsiyanın ifşa olunmasını, cəmiyyətin belə halların qibtə doğuracaq bir şey deyil, cinayət olmasını qəbul etdiyini hiss edən hər kəsin seçimi də doğru olar.
Mümkündür ki, ölkədə gedən proseslərin daha düzgün, daha obyektiv qiymətləndirilməsi üçün şəffaflğa böyük ehtiyac var. istənilən halda şəffaflıq şübhələri dağıtmaqla yanaşı, bir çox mənfi meyllərin qarşısını ala bilər. Məhz hər iki mənada bu layihənin həyata keçirilməsi vacibdir. Təbii ki, reallıqdlar onu diqtə edir, bu çatışmamazlıqların tez bir zamanda düzəldilməsi mümkün deyil. Lakin ölkədə şəffaflğın bərqərar olması, ictimai nəzarətin gücləndirilməsi, bu istiqamətdə təbliğatın qurulması, problemləri cəmiyyətin diqqətinə çatdırılması, xüsusi ilə gənclərin bu işə cəlb olunması tədricən yeni münasibətlərin qurulmasına və sonucda hər şeyin haqqın, ədalətin, saflığın xeyrinə dəyişəcəyinə inamı artırır".
Abasbəyli bildirir ki, "Xüsusi ilə son dövrlərdə - gənclərin böyuk əksəriyyətinin ölkədə baş verən ictimai siyasi proseslərdən kənarda qaldığı, bu ictimai-siyasi həyatdan özünü təcrid etdiyi bir vaxtda, onları fəallaşdırmaq, ictimai problemlərin araşdırılmasına cəlb etmək, bu proseslərin fəal iştirakçısına çevirmək ən azı ölkənin gələcəyinə edilmiş istinad baxımından əhəmiyyətlidir.
Məqsədimiz cəmiyyətdəki istənilən anlamdakı münasibətlərə şəffaflıq gətirməklə yanaşı, heç olmasa gənc nəslin düzgün formalaşmasına yardım etməkdir. Bu istiqamətdə ilk addımlardan biri də yerlərdə dövlət büdcəsindən maliyyələşən strukturların (o cümlədən icra orqanlarında, təhsil və məhiyyə müəssiəsələrində), fəaliyyəti ilə tanış olmaq, həmin təşktilatlarda şəffaflığın bərqərar olmasına yardım etməkdir.
Çox təəsüflə qeyd etməliyik ki, müstəqillik illərində ölkəmizdə korrupsiya mədəniyyətinin əsaslarını sarsıtmağa, yeni antikorrupsiya mədəniyyəti yaratmağa nail ola bilmədik. Əksinə korrupsiya ənənələri daha da inkişaf etdi. Beynəlxalq Şəffaflıq Təşkilatının 2011-ci il üçün Korrupsiya Qavrama İndeksinə (KQİ) görə 2.4baltoplayıb. Hazırda 183 ölkə arasında 143-cü sıradaolan ölkə 2010-cu lildə 178 ölkə arasında 134-cü yerdə idi.Müqayisə üçün qeyd edək ki, 2010-cu ildə Estoniya 6,5 balla 26-cı, Litva 5 balla 46-cı, Latviya 4,3 balla 69-cu, Gürcüstan 3,8 balla 68-ci yeri tutub. Bu statistika da göstərir ki, son illər korrupsiyaya qarşı mübarizə istiqamətində görülmüş işlərə baxmayaraq bu sahədə dönüş əldə etmək mümkün olmayıb".
QHT başçısı hesab edir ki, "Bu gün korrupsiyanın yüksək səviyyəsi Azərbaycan üçün kifayət qədər ciddi problem olaraq qalır. Təsadüfi deyil ki, korrupsiya inkişaf proseslərinə mane olan əsas amillərdən biri olması dövlət başçısı, siyasi rəhbərlik tərəfindən dəfələrlə vurğulanıb. Azərbaycanda korrupsiyaya qarşı sistemli, ardıcıl və kompleks tədbirlər görülməsi yoluilə mübarizə aparılmasının əsası Korrupsiyaya qarsı mübarizə üzrə Dövlət Proqramı"nın (2004-2006-cı illər) qəbulu ilə qoyulub. Bu proqramın davamı kimi Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli Sərəncamı ilə "Şəffaflığın artırılması və korrupsiyaya qarsı mübarizə üzrə Milli Strategiya" və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illəri əhatə edən Fəaliyyət Planı ilə təsdiq edilib. Dövlət proqramının icrası ilə əlaqədar olaraq korrupsiyaya qarşı mübarizə kontekstində 15-dən çox əhəmiyyətli qanunlar və digər normativ hüquqi aktlar qəbul edilmiş, 50-dən çox qanuna əlavə və dəyişikliklər edilmiş, korrupsiyaya qarsı mübarizə aparan ixtisaslaşmış institutlar (Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə Komissiyası, Bas Prokuror yanında Korrupsiyaya qarsı mübarizə idarəsi) fəaliyyətə başlamış, dövlət orqanlarında bir sıra islahatlar aparılmış, vətəndaş cəmiyyətinin üzvləri ilə əməkdaşlığın qurulması prosesinə başlanmışdır.
Lakin təcrübə göstərdi ki, Strategiyanın qəbulu və Fəaliyət Planı ilə nəzərdə tutulmuş tədbirlərin bu və ya digər səviyyədə həyata keçirilməsi korrupsiyanın səviyyəsinin kifayət qədər azaldılması üçün yetərli deyil. Korrupsiya ilə mübarizədə dönüşə nail olmaq üçün yalnız "yuxarıların" səyi, kifayət etmir və bütün cəmiyyət səviyyəsində korrupsiyaya qarşı "total müharibə" elan edilməli və cəsarətli addımlar atılmalıdır. Son 2011 və 2012-ci illərdə korrupsiyaya qarşı mübarizə sahəsində atılan praktiki addımlar artıq bu zərurətin siyası rəhbərlik səviyyəsində aydın başa düşüldüyünü söyləməyə imkan verir.
Azərbaycan prezidenti İlham Əliyev mayın 23-də "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanı isə xüsusi vurğulanmalıdır.bu fərman ölkəmizdə yeni idarəetməyə, yeni mədəniyyətə keçidin əsasını qoyub.Artıq "Elektron hökumət" portalı (www.ehdis.az) istifadəyə verilib. Prezident tərəfindən bu il aprelin 18-də Elektron Hökumət üzrə Dövlət Agentliyinin yaradılmasına sərəncam verilib.
2011-ci ilin sentyabr ayında Azərbaycan Beynəlxalq "Açıq Hökumət" Tərəfdaşlığı Təşəbbüsünə qoşulub. Artıq Açıq hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planının (2012 - 2014-cü illər) layihəsi hazırlanıb və ilkin olarq vətəndaş cəmiyyəti təşkilatları ilə müzakirə olunub.
Eyni zamanda i "Şəffaflığın artırılması və korrupsiyaya qarsı mübarizə üzrə Milli Strategiya"nın növbəti illər üzrə yeni Fəaliyyət Planının layihəsi hazırlanıb və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə ilkin müzakirəsi keçirilib.
Bütün bu addımlar korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi, yeni metod və mexanizmlərin tətbiqi baxımdan ümidverici perspektivlər açır. Vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri kimi hesab edirik ki, düzgün strategiya və yanaşma seçilib.
Son illər vətəndaş cəmiyyəti institutları da korrupsiyaya qarşı mübarizə sahəsində hökümətin əsas tərəfdaşına çevrildiyini söyləmək olar. Bu illər ərzində dövlət orqanları ilə əməkdaşlıq genişlənib. Hökumət tərəfindən vətəndaş cəmiyyətinin korrupsiyaya qarşı mübarizə səyləri dəstəklənir. Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Proqramında (2004-2007-ci illər) antikorrupsiya siyasətinin həyata keçirilməsində QHT-lər dövlət orqanlarının tərəfdaşlarından kimi bəyan edilmişdilər".
Savalan