Bu gün Corat ərazisində dənizdə çimərkən 2 nəfər batma təhlükəsilə üzləşib.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən həmin şəxslərin həyatı xilas edilib.