Qusarda 51 yaşlı qadın itkin düşüb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Unikal.org-a verilən məlumata görə, Qusar rayonunun Lanqu qəsəbə sakini, 51 yaşlı Lalə Bəşirova 2018-ci ilin avqust ayının 12-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Lalə Bəşirova əlamətləri belədir: Boyu 160 sm., uzunsov sifətli, şabalıdı qısa saçlı, gözlərinin rəngi şabalıdı, arıq bədən quruluşludur. 
L.Bəşirova ruhi xəstəlikdən əziyyət çəkir.