Şamaxıda intihar hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə bu gün saat 15:30 radələrində rayonun Sabir qəsəbəsindəki fermada qeydə alınıb.

Hələlik şəxsiyyəti məlum olmayan qadın özünü kəndirlə asaraq intihar edib. Təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəliblər.

Faktla bağlı araşdırma aparılır.