Bu gün saat 14:10-da İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisindən Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə qəza həyəcan siqnalı daxil olub.

Bu barədə Unikal.org-a Dövlət Dəniz Agentliyindən bildirilib.

Qeyd edilib ki, qərargah tərəfindən FHN-nin 2 helikopteri və Dövlət Sərhəd Xidmətinin gözətçi gəmisi hadisə yerində xilasetmə əməliyyatına cəlb edilib. Xilasetmə əməliyyatları həyata keçirilir.