Dənizdə batma təhlükəsi ilə üzləşən şəxslər xilas edilib.

Unikal.org Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, bu gün nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Sumqayıt, Qızılqum, Nardaran və Buzovna sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.