Bu gün yerli vaxtla 08:50-də Pirqulu stansiyasından 8 km qərbdə Ağsu ərazisində dərinlik 13 km, ml=3.5 zəlzələ qeydə alınmışdır.

Unikal.org-un məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Qeyd edilir ki, zəlzələ episentrdə və ətraf rayonlarda 3 bala qədər hiss olunub.