Bakının Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində suda boğulma hadisəsi baş verib.

Səhiyyə Nazirliyindən Unikal.org-a  verilən məlumata görə, təcili tibbi yardıma çağırış saat 15:26-da daxil olub:

"Məlumatda iki nəfərin suda boğulması bildirilib. Həkimlər hadisə yerinə gəldikdə suda boğulanların 5 yaşlı oğlan və 30 yaşlı qadın olması müəyyən olub. Qadın dünyasını dəyişib, uşağı həkimlərin səyi nəticəsində həyata qaytarmaq mümkün olub. Ağır vəziyyətdə olan uşaq 26 saylı BŞX-ya çatdırılıb. Lazımı yardımdan sonra uşağın 3 saylı xəstəxanaya keçirilməsi planlaşdırılır".