Tovuz şəhərində yerli sakin hərəkətdə olan nəqliyyat vasitəsindən yıxılaraq ağır xəsarət alıb.

Unikal.org “Report”a istinadən xəbər verir ki,  hadisə şəhər ərazisində qeydə alınıb. Üç təkərli yedəkli motosikletin yük yerində olan sement kisələrinin üzərində əyləşən Yusif adlı orta yaşlı kişi ehtiyatsızlıqdan yıxılaraq baş nahiyəsindən ağır xəsarət alıb.

Yaralı ilk olaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib. Faktla bağlı araşdırma aparılır.