Yevlax şəhərində piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org Qərb Mərkəzinin məlumatına görə, 1984-cü il təvəllüdlü Taleh Bərxudarov Yevlax şəhər ərazisində yolu qarşı tərəfə keçmək istəyən zaman onu avtomobil vurub.

Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.