Bu gün Şamaxıda minik avtomobilinin aşması nəticəsində ana və iki övladı xəsarət alıb.

Unikal.org-un APA-ya istinadən xəbərinə görə, Kamran Salahovun idarə etdiyi "VAZ 2106" markalı avtomobilin aşması nəticəsində Ağsu sakinləri, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan 1975-ci il təvəllüdlü Salahova Ruhəngiz Zülfüqar qızı, onun övladları - 2008-ci il təvəllüdlü Salahova Fatimə Kamran qızı, 2012-ci il təvəllüdlü Salahov Abdullah Kamran oğlu xəsarət alıblar.

Ana və övladları Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.