"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın zamanı hadisə yerinə 15 Təcili Yardım briqadası cəlb olunub.

Səhiyyə  Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) 7 əməkdaşı tüstüdən zəhərlənmə ilə  Kliniki Tibbi  Mərkəzin Taksikologiya şöbəsinə yerləşdirilib.

18:51

xxx

Bu gün  "Sədərək" Ticarət Mərkəzində yanğın parfümeriya mağazasında başlayıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, yanğın daha sonra müxtəlif malların saxlandığı anbara keçib.

Yanğın zamanı bir nəfər xəsarət alıb və təcili xəstəxanaya aparılıb.

Hazırda anbarda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

17:16

xxx

Fövqəladə Hallar Nazirliyinin (FHN)"112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinə məxsus anbarlardan birində yanğın baş verməsi barədə məlumat daxil olub.

Unikal.org FHN-nin saytına istinadən verdiyi məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.​