18 Sentyabr 2019
17 Sentyabr 2019
"Hər bir insanda çimərlik mədəniyyəti  olmalıdır" - Nazir müavini
"Hər bir insanda çimərlik mədəniyyəti  olmalıdır"- Nazir müavini CƏMİYYƏT 16:20 2019-08-09

Hər bir insanda çimərlik mədəniyyəti formalaşmalıdır.

Unikal.org xəbər verir ki, bunu  jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

“Məqsədimiz çimərlik ərazilərində fəaliyyət göstərən obyektlərin sahiblərini cərimələmək deyil, onların obyektlərində çirkab sutəmizləyici qurğular quraşdırmasına nail olmaqdır. 

Onun sözlərinə görə, Xəzər dənizini çirkləndirənlərə artıq kifayət qədər vaxt verilib. Verilən müddət ərzində obyekt sahibləri nöqsanları aradan qaldırmalı, təmizləyici qurğu quraşdırmalıdırlar. Xəbərdarlığımıza məhəl qoymayan, məcburi göstərişlərə əməl etməyən obyektlər isə tərəfimizdən cəzalandırılır. Sevindiricidir ki, bəzi obyekt sahibləri artıq qurğular quraşdırmağa başlayıb.

Obyekt sahibləri onu da bilməlidirlər ki, onlar tullantı suları təmizləyici qurğudan keçirdikdən sonar dənizə axıtmaq əvəzinə  texniki su kimi də istifadə edə bilərlər”.

F.Əliyev onu da vurğulayıb ki, ümumiyyətlə həyata keçirilən layihələr vətəndaşlarımızın, əhalinin sağlamlığı  və Xəzər dənizinin təmizliyinə nail olmaq üçündür.