16 Sentyabr 2019
Məktəbdə İYRƏNC OLAY: Təmizlik işçisi 13 yaşlı daun sindromlu uşağa təcavüz etdi
Məktəbdə İYRƏNC OLAY:Təmizlik işçisi 13 yaşlı daun sindromlu uşağa təcavüz etdi DÜNYA 16:35 2019-08-20

Cənubi Afrikada baş verən hadisə hər kəsi dəhşətə gətirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Yohannesburg şəhərində 13 yaşında olan daun sindromlu oğlunu məktəbdən götürməyə gedən anası onu hər zamanki yerində görməyərək rəhbərliyə xəbər verib. İki müəllim və anası uşağı axtarmağa başlayıblar.

Sonradan məlum olub ki, ana və müəllimlərin axtardığı vaxt məktəbin təmizlik işçisi uşağa təcavüz edirmiş. Təmizlik işçisi anası və müəllimlərin uşağı axtardığını anlayaraq onu kilidlədiyi otaqdan çıxarıb. Anasına isə uşağın yatdığını deyib. 

Evə gəldikdən sonra anası uşağın alt paltarlarına baxarkən onun təcavüzə uğradığını anlayıb. Polisə ifadə verən uşaq təmizlik işçisinin ona təcavüz etdiyini və bu hadisəni heç kimə deməməsi üçün onu təhdid etdiyini bildirib.