19 Sentyabr 2019
“Qeyrətsiz qadının başı kəsilməlidir” - Nadir Qafarzadə (AUDİO)
“Qeyrətsiz qadının başı kəsilməlidir” -Nadir Qafarzadə (AUDİO) MƏDƏNİYYƏT-ŞOU 14:04 2019-08-24

“Cinayət  hadisəs qeyrətsizlik səbəbindən baş veribsə, ərinin onun başını kəsməsi düzdür. Pis qadının başı kəsilməlidir. Əgər qadın pozğunluq edirsə, kişi ona dözməlidir? Mən dəqiq bilmirəm, o cinayətin baş vermə səbəbi nədir. Mən inanmıram ki, kişi başqa hansısa səbəbdən bunu etsin”.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, bunu müğənni Nadir Qafarzadə deyib.

Müğənni vurğulayıb ki, qadına azadlıq çərçivə daxilində verilməlidir.

“İndi zaman o qədər pisləşib ki, insanlar öz qeyrətsziliklərini boynuna alıblar. Ər arvadını, qardaş bacısını və oğul anasını aparır ki, təki pul qazansın. Biz azadlığı pozğunluq və əxlaqsızlıqla səhv salmışıq. Azadlıq əsl kişilik, mərdlik və qadınlıqdır.

Bir çoxları elə düşünür ki, azadlıq elə özünü açıb-tökmək, istədiyini etməkdir. Belə bir misal da var ki, 40 il boyunduruq altında yaşamqdansa, bir gün kişi yaşamaq lazımdır. Amma qadına tam azadlıq vermək də olmaz. Qadın üçün çərçivə olmalıdır”.