Bu gün Ermənistanın Gümrü şəhərinin zibilxanasında əlləri və ayaqları bağlı təxminən iki yaşlı uşaq cəsədi tapılıb.

Unikal.org xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, əraziyə gələn əməliyyat qrupu qolları və ayaqları yapışqanlı lentlə bağlanmış 1,5-2 yaşlı körpənin cəsədini tapıb.

Qeyd edilir ki, hüquq-mühafizə orqanları uşağın şəxsiyyətini müəyyənləşdirmək üçün tədbirlər görür.