Xəbər verdiyimiz kimi  Gədəbəy rayonu 63 yaşlı kişi qohumu və oğlunu “İJ-16” markalı ov tüfəngi ilə güllələyib.

Unikal.org hadisənin təfərrüatlarını öyrənib.

Hər iki ailə arasında torpaq üstündə münaqişə olub. Belə ki, 1956-ci il təvəllüdlü Həsənov Əmiraslan Məqsəd oğlunun həyat yoldaşının valideynləri dünyasını dəyişəndən sonra hər iki tərəf arasında əmlak uğrunda münaqişə yaranıb. Həmin əmlak 25 sot torpaq sahəsindən və evdən ibarət olub. Sonradan Ə.Həsənov məhkəməyə müraciət edib. Məhkəmə 25 sot torpaq sahəsinin mülkiyyət hüququnu ona verib. Evin sənədi olmadığı üçün mülkün kimə məxsus olduğu müəyyənləşdirilməyib. Həmin evdə Əmiraslanın dünyasını dəyişən qayınının həyat yoldaşı Əliyeva İradə və onun iki qızı yaşayırmış. Ə.Həsənov onları evdən çıxarmaq istəyib. Buna görə də tərəflər arasında mülki mübahisə yaranıb. Bu zaman o, tüfəngdən açdığı atəşlə kənd sakini olan qohumu 1985-ci il təvəllüdlü   Vəliyeva Rüxsarə Məmməd qızına  qolundan, onun 2004-cü il təvəllüdlü oğlu Əliyev Vüqar Aqşin oğlunu  isə ayaq nahiyəsindən xəsarət yetirib. Ə.Həsənov sonradan R.Vəliyevaya məxsus 2 mərtəbəli evə neft tökərək yandırıb. Nəticədə oradakı əşyalar, habelə 20 kvm. sahədə dam örtüyü yanıb. Alov yanğınsöndürmə briqadalarının və kənd sakinlərinin köməyi ilə söndürülüb.

Famil Fərhadoğlu