Zimbabvenin sabiq Prezidenti Robert Muqabe 95 yaşında vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə BBC məlumat yayıb. 

Qeyd edək ki, R. Muqabe 1980-87-ci illər aralığına Zimbabvenin Baş Naziri vəzifəsində çalışıb. 1987-ci ildən 2017-ci ilə kimi ölkənin Prezidenti olub.

O 2017-ci ilin noyabrında hərbi çevriliş nəticəsində postunu tərk edib.

Hakimiyyəti tərk etdikdən sonra R. Muqabe Sinqapurda müalicə olunurdu.