14 Oktyabr 2019
13 Oktyabr 2019
“Azərsu” sədri ilə kim görüşmək istəyir?
“Azərsu” sədri ilə kim görüşmək istəyir? CƏMİYYƏT 11:58 2019-09-11

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov 18 sentyabrda Gəncə şəhərində Gəncə, Samux və Kəlbəcərdən olan vətəndaşları qəbul edəcək.

Unikal.org-un məlumatına görə, 19 sentyabrda “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov Göygöl şəhərində Göygöl və Daşkəsən rayonlarının sakinləri ilə görüşəcək.

20 sentyabrda isə “Azərsu” ASC sədrinin müavini Etibar Məmmədov Naftalan şəhərində Naftalan, Goranboy və Xocalı rayonlarının sakinlərini qəbul edəcək.

Qəbullar Gəncə şəhəri Heydər Əliyev Mərkəzində, Göygöl və Naftalan sukanal sahələrinin inzibati binalarında keçiriləcək. Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbul üçün Gəncə, Samux, Göygöl, Daşkəsən, Naftalan, Goranboy, Kəlbəcər və Xocalı sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və [email protected] elektron poçtu vasitəsilə müraciət edə bilərlər.