22 Noyabr 2019
21 Noyabr 2019
Konfutsi İnstitutu Çin sərgisində iştirak etdi - FOTO
Konfutsi İnstitutu Çin sərgisində iştirak etdi- FOTO CƏMİYYƏT 11:39 2019-09-20

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun müəllim və tələbələri Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası və məşhur Çin konsaltinq qurumu Huahe tərəfindən təşkil olunan İpək Yolu ölkələrinin mallarının sərgisində iştirak ediblər. 

Unikal.org xəbər verir ki, açılış mərasimində ADU tələbələri rəngarəng Çin rəqsləri ilə çıxış ediblər. Konfutsi İnstitutu pavilyonunda ADU tərəfindən Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafı ilə bağlı fəaliyyətinə həsr olunan Azərbaycan və Çin dillərində çap olunmuş kitablar, Çin dilində dərsliklər təqdim edilib. Sərgiyə gələn qonaqlara Konfutsi İnstitutunda keçirilən mədəni tədbirlər, Çin dili kurslarının işi barədə məlumat verilib. 

ADU Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycan gənclərində Çin dili və mədəniyyətini öyrənməyə marağın artdığını qeyd edib. R.Abbasov əlavə edib ki, Konfutsi  İnstitutunun təhsil və mədəni-maarif sahələrində fəaliyyəti, Çin dilini sınaqdan keçirən rəsmi mərkəzin işi, Çinin təşəbbüsü ilə reallaşan “Bir kəmər – bir yol” layihəsinin həyata keçirilməsində Azərbaycanın iştirakına dair elmi araşdırmalar Azərbaycan-Çin humanitar əməkdaşlığının daha da inkişaf etdirilməsinə yönəlib. 


  • Konfutsi İnstitutu Çin sərgisində iştirak etdi- FOTO
  • Konfutsi İnstitutu Çin sərgisində iştirak etdi- FOTO