16 Oktyabr 2019
Bakıda yük maşını 10 yaşlı uşağı vurdu
Bakıda yük maşını 10 yaşlı uşağı vurdu HADİSƏ 23:34 2019-09-21

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Binə qəsəbəsində 2009-cu il təvəllüdlü Canıyev Famil Rövşən oğlu yolu keçərkən onu "Qazel" markalı yük avtomobili vurub. Yaralı təcili yardım maşını vasitəsilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb və ona çanaq sümüyünün sınığı diaqnozu qoyulub. F.Canıyevin vəziyyəti ağır olduğundan o, xəstəxananın Reanimasia şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.