Sumqayıtda ölüm  hadisəsi qeydə alınıb.

Unikal.org xəbər verir  ki, 1983-cu il təvəllüdlü Tağıyev Xanbala Zakir  oğlu şəhərin Hacı Zeynalabdin qəsəbəsində yaşadığı mənzildə ölmüş vəziyyətdə  aşkarlanıb. 

Araşdırma zamanı onun yüksək dozada narkotik vasitə qəbul etdiyindən öldüyü məlum  olub.

Mərhumun meyiti  aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.