Qazaxda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un verdiyi məlumata görə, Qazax şəhərində hərəkətdə olan “Niva” ilə “Mercedes” markalı avtomoibllərin toqquşması nəticəsində üç nəfər yaralanıb. Yaralılar Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.