14 Noyabr 2019
13 Noyabr 2019
Baydendən Tramp haqda şok sözlər: Məni və ailəmi…
Baydendən Tramp haqda şok sözlər:Məni və ailəmi… DÜNYA 19:14 2019-10-06

Tramp öz mənafeyi naminə vəzifə səlahiyyətlərindən sui-istifadə edir.

Unikal.org xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş vitse-prezidenti, prezidentliyə namizəd Co Bayden danışıb.

"Tramp məni və ailəmi məhv etməyəcək. Onun əməlləri barədə getdikcə sübutlar artır. O, lider olmağa qadir deyil. Hazırkı prezident öz şəxsi maraqlarını yeritmək üçün hər şeyi edir və amerikalılar barədə düşünmür", - Bayden bildirib.

Bayden Trampı ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonla müqayisə edib. Onun sözlərinə görə, Vaşinqton heç vaxt yalan danışmayıb, Tramp isə doğrunun nə olduğunu bilmir.