Serdar Ortaç bir müddət öncə boşandığı model Kloe Loughnan haqqında danışıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki,  Ortaç keçmiş həyat yoldaşının film sahəsində iş tapa bilməməsi iıə bağlı açqlama verib. 

Konsertdən əvvəl jurnalistlərin suallarını cavablandıran Ortaç "Kloe Loughnan  ilə boşandıkdan sonra onun qiyməti enib deyirlər. Doğrudur?" sualına  "Yox, Kloe qiymətləri dəyişməz. Mən varkən də sabit qiyməti vardı. İndi Kiprdə filmə çəkilir, yenə aldığı pul yaxşıdır. Niyə qadının boşandıqdan sonra qiyməti düşsün? Əksinə daha çox qalxmalıdır. Kloe çox gözəl qadındır. Hər yerdə iş tapar. Sonuna qədər dəstəkləyirəm" deyə cavab verib.