22 Oktyabr 2019
Azərbaycanlıları ziyarətə aparan avtobus alışdı - İranda
Azərbaycanlıları ziyarətə aparan avtobus alışdı- İranda HADİSƏ 15:51 2019-10-10

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əhvaz rayonunda Azərbaycan vətəndaşlarını Kərbəla ziyarətinə aparan avtobus yanıb. Yanğına səbəb elektrik naqillərinin avtobusa toxunmasdır. 

Unikal.org İran KİV-nə istinadən xəbər verir ki, bu barədə İranın Əhvaz rayonu icra hakimiyyətinin yanğınsöndürmə və təhlükəsizlik xidmətləri idarəsinin direktoru İbrahim Qənbəri məlumat verib. 

İ.Qənbərinin sözlərinə görə, hadisə yerinə dərhal yanğınsöndürmə əməkdaşları cəlb olunub. Tez zamanda avtobusun bütün sərnişinləri təxliyə edilib.