20 Noyabr 2019
Suriyada öldürülən terrorçuların sayı 399-a çatıb - VİDEO
Suriyada öldürülən terrorçuların sayı 399-a çatıb -VİDEO DÜNYA 00:32 2019-10-12

Suriyada terrorçuların nəzarətində olan ərazidən Türkiyənin sərhəd bölgəsində yerləşən yaşayış məntəqələrinə raket zərbələri endirilib.

Unikal.org xəbər verir ki, Mardin vilayətinin Nusaybin rayonuna raketin atılması nəticəsində 8 mülki şəxs həlak olub, 35 nəfər yaralanıb. Yaralılardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir. 

Qeyd edək ki, Türkiyə ordusunun Suriyanın şimalında başlatdığı "Barış Pınarı" antiterror əməliyyatı uğurla davam etdirilir. Son məlumatlara görə, üç gün ərzində 399 terrorçu məhv edilib, 15 kənd terrorçulardan təmizlənib.