UEFA Türkiyə milli komandasının "Avro-2020"nin Albaniyaya qarşı matçındankı (1:0) əsgər salamı ilə bağlı araşdırma aparacağı barədə iddiaları təkzib edib.

Unikal.org  xəbər verir ki, bu haqda "Hürriyyət" qəzeti məlumat yayıb.

Həmin görüşün 90-cı dəqiqəsində Cenk Tosunun qələbə qolundan sonra türk futbolçular Suriyada hərbi əməliyyat keçirən ordularına dəstək olaraq əsgər salamı veriblər.

"Mən bu hərəkətdə hər hansı bir təxribat görmədim. UEFA qaydalarına görə siyasəti və dini futbola qatmaq qadağandırmı? Bəli və mən təminat verə bilərəm ki, biz bu məsələni araşdıracağıq" - deyə UEFA-nın mətbuat katibi Filipp Taunsend İtaliyanın ANSA agentliyinə bildirib.

Amma bu gün Türkiyə mediası məlumat yayıb ki, UEFA bu məsələ ilə bağlı araşdırma aparmayacağını bəyan edib. "Xarici mediada UEFA nümayəndəsinə istinadən yayılan şərhlər həqiqəti əsk etdirmir" - deyə bildirilib.