18 Noyabr 2019
Azərbaycanda 3 uşaq anası 10 aylıq körpəsini götürərək evdən qaçdı
Azərbaycanda 3 uşaq anası 10 aylıq körpəsini götürərəkevdən qaçdı HADİSƏ 10:32 2019-10-14

Bərdə rayonunun İmamqulubəyli kəndindən üç uşaq anası evdən qaçıb.

Unikal.org ölkə.az-a istinadla xəbər verir ki, hadisə sentyabrın 25-də baş verib.

Üç uşaq anası, 1993-cü il təvəllüdlü Məmmədova Xalidə 10 aylıq uşağını da götürərək evdən çıxıb və bir daha geri qayıtmayıb. Digər 2 uşaq isə evdə qalıb.

Qadının həyat yoldaşı Fuad Məmmədovun verdiyi məlumata görə, məsələ ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb. Araşdırma aparılır.

Məmmədova Xalidəni görənlərdən Bərdə Rayon Polis Şöbəsinə məlumat verilməsi xahiş olunur.