Suriyanın Menbic bölgəsindən terrorçular tərəfindən Türkiyə Silahlı Qüvvələrinin mövqeləri minaatanlardan və top mərmilərindən atəşə tutulub.

Unikal.org-un NTV telekanalına istinadən verdiyi xəbərə görə, nəticədə Türkiyə ordusunun 2 əsgəri şəhid olub, 8 əsgər yaralanıb.
Türkiyə Müdafiə Nazirliyindən bildirilib ki, terrorçulara dərhal qarşılıq verilib, ən azı 15 terrorçu zərərsizləşdirilib.