Bakı şəhərinin Sabunçu rayonunda bir nəfərin barmağına dəmir halqa sıxılaraq qalıb.

Unikal.org xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfərin barmağında dəmir halqa sıxılaraq qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri halqanın müvafiq qaydada çıxarılmasını təmin ediblər.