Bakıda 40 yaşlı kişidən külli miqdarda narkotik vasitə götürülüb.

Unikal.org-un xəbərinə görə, hadisə Xətai rayon ərazisində baş verib.

Belə ki, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı sakini, 1979-cu il təvəllüdlü N.Məmmədovdan 5 kiloqramdan çox heroin və 2,650 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.