Goranboy rayonunun Muzdurlar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, noyabrın 3-də saat 21 radələrində Goranboy rayonunun Muzdurlar kəndi ərazisində Tovuz rayon sakini Röyal Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş həmin şəxs orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.