Türkiyəli müğənni Tuğba Özerk İzmirdə avtomobil qəzası törədib.

Unikal.org xəbər verir ki, içkili vəziyyətdə olan sənətçi hadisə yerinə gələn yol polisinə kobud davranaraq, ona qarşı nalayiq sözlər işlədib. Bu səbəblə Özerk haqqında "dövlət məmuruna təhqir" maddəsi ilə istintaq başladılıb. İfaçının iki ilədək həbsi istənilir.

O, yaxın günlərdə hakim qarşısına çıxacaq.