Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə “NZS” qəsəbəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən Xətai rayonu, Yusif Səfərov küçəsində yaşayan 1990-ci il təvəllüdlü Heydərov Şahin Şaiq oğlunu taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitəsi vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona qapalı kəllə-beyin travması və baş beyinin silkələnməsi diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir.

İlkin məlumata görə, piyada sərxoş vəziyyətdə olub. Faktla bağlı araşdırma aparılır.