Bu gün günorta saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmazın Bakı prospektindən keçən hissəsində qeydə alınıb. 

"QAZ 24" markalı minik avtomobili ilə "Qazel" markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticə "QAZ 24"ün sürücüsü hadisə yerində dünyasını dəyişib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.