Qazaxda qəza 350 abonenti qazsız qoyub.

“Azəriqaz” İstehsalat Birliyindən Unikal.org-a verilən məlumata görə, Qazax rayonunun N.Nərimanov küçəsində, Hüseynbəyli kəndinin 76 mm diametrində daşıyıcı orta təzyiqli qaz xətti avtomobil qəzası zamanı qırılıb. Nəticədə 350 abonentin qaz təminatında fasilə yaranıb.