Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.