06 Dekabr 2019
05 Dekabr 2019
"Maşınım xarab olduğu üçün helikopterlə getdim" - Hicran Hüseynova
"Maşınım xarab olduğu üçün helikopterlə getdim"- Hicran Hüseynova CƏMİYYƏT 11:52 2019-11-22

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova helikopterlə Ağdamda vətəndaşlarla görüşə getməsi məsələsinə aydınlıq gətirib.

Unikal.org  xəbər ki, o, bu barədə YAP-ın İcra Katibliyində keçirilən mətbuat konfransında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib: 

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ən aşağı büdçəsi olan qurumdur. Maşınım xarab olduğu və gec düzələcəyi üçün mən cəbhə zonasında görüşə helikopterlə getmək üçün hərbçilərə zəng etdim. Xahiş etdim ki, reys varsa, məni də özləri ilə aparsınlar. Çünki məni orada 30-dan çox insan gözləyirdi. Mən hərbi helikeptorla getmişəm. Bu təhlükəli gediş idi. Sərhəd zonasında görüş idi və hər şey ola bilərdi”.

Qeyd edək ki, Hicran Hüseynovanın helikopterlə Ağdama səfəri ilə bağlı ilk xəbəri Unikal.org yaymışdı.