Tovuz rayonunda yol qəzası baş verib.

Unikal.org "Report"a istinadn xəbər verir ki, hadisə İbrahimhacılı kənd yolunda qeydə alınıb. 

Belə ki, iki avtomobil toqquşub. Xəsarət alanların olduğu bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin 1973-cü il təvəllüdlü Qətibə Məmmədova olduğu müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.