Xəbər verdiyimiz kimi, Tovuz Rayon İcra Hakimiyyətinin birinci müavini Rəşad Zeynalov ailəsi ilə birlikdə ağır qəzaya düşüb.

Unikal.org-un əldə etdiyi məlumata görə, Tovuz Rayon İcra Hakimiyyətinin birinci müavini Rəşad Zeynalov artıq Kliniki Tibbi Mərkəzdən evə buraxılıb. Belə ki, 1977-ci il təvəllüdlü R.Zeynalova döş qəfəsin əzilməsi, 15 yaşlı oğlu Kənan Zeynalova isə kəllə-beyin travması diaqnozu qoyulub. Onlara tibbi yardım göstərlildikdən sonra evə buraxılıblar.

Qeyd edək ki, ötən gecə Bakının Qaradağ rayonu ərazisində baş verən qəzada icra başçısının müavini R.Zeynalov özü də olub. Belə ki, 60 AA 002 dövlət nömrə nişanlı “Hunday Tukson” markalı başçının müavinin xidməti maşını yoldan çıxaraq aşıb. Qəza nəticəsində R.Zeynalovun xanımı Əminə Zeynalova və sürücüsü Rövşən Cabbarov dünyasını dəyişib. R.Zeynalov özü və oğlu isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Famil Fərhadoğlu