Bu gün Bakının Nərimanov rayonunun Ağa Neymətulla küçəsində baş verən zəncirvari avtomobil qəzasında iştirak edən maşınlardan biri - 10-XJ-003 dövlət nömrə nişanlı, "Lexus" markalı avtomobil millət vəkili Elman Məmmədova məxsus olub.

Unikal.org xəbər verir ki, hadisə ilə bağlı qafqazinfo-ya açıqlama verən millət vəkili Elman Məmmədov məlumatı təsdiqləyib:

"Bakı Dövlət Universitetinin yubiley tədbirindən çıxıb o istiqamətdə hərəkət edirdim. Oradakı parkın yanından keçirdim. Maşının sürəti 15-20 km/saat idi. Arxadan gəlib maşınımı vurdular, mən də qarşıdakı avtomobilə dəydim. Zəncirvari qəzanı törədən arxada olan 3-cü maşının, "Mecedes" markalı avtomobilin sürücüsü olub. Maşınım da qarşıdakı "Jiquli"yə dəydi. Mənim sürücüm yoxdur, avtomobili özüm idarə edirəm".