Bakıda daha bir piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, qəza paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.

Belə ki, avtomobil yolu keçmək istəyən Nizam adlı şəxsi vurub. Yaralı xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.