Azərbaycan Baş nazirin müavini Əli Əhmədov qəzalı bina ilə bağlı göstəriş verib. 

Unikal.org  xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

"Səbail rayonu Buxta küçəsi 9 ünvanında yerləşən qəzalı bina ilə bağlı Səbail rayon İcra hakimiyyətinin Başçısı Vüqar Zeynalovun Baş nazirə müraciətinə baxılıb. Baş Nazirin müavini Əli Əhmədov tərəfindən bu məsələ ilə bağlı Maliyyə nazirliyi, Fövqəladə Hallar nazirliyi və Səbail rayonu icra hakimiyyətinə zəruri tədbirlər görülməsi tapşırılıb".