Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov noyabrın 28-də Slovakiya Respublikasının Xarici İşlər və Avropa naziri Miroslav Layçakla görüşüb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, görüşdə Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.